Səsiniz yazıya çevriləcək-“WhatsApp”da YENİLİK
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” İOS platformalı telefonlar üçün yenilik edib.
88 Mb-lıq 2.16.10 seriyalı yenilik İOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib.
Yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı da əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=75924