“Azercell“ dolların “qara bazarı“nın reklamına başladı – FOTOFAKT

16.09.2016 - 13:45

azercell“İndicə 9944 nömrəsindən şəkildəki sms-i almışam. Orada deyilir ki, bazarda dolların alış qiyməti 1,785-1,87 manat arasıdır. Halbuki, Mərkəzi Bankın rəsmi məzənnəsi 1,6362 manatdır”.

Bu barədə tanınmış hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov sosial şəbəkədə yazıb. O, sual verir ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir? “Məlumdur ki, bankların məzənnəsi rəsmi məzənnədən maksimum 4% fərqlənə bilər, yəni 1,7016 ola bilər. Deməli, söhbət banklardan deyil, qara bazardan gedir və belə çıxır ki, qara bazar özünü o qədər rahat hiss edir ki, hətta reklam da etdirir (telefon nömrəsi də var: 0124041389)? Hər bir halda hüquq-mühafizə orqanları bu məsələ ilə maraqlansa, yaxşı olar.” Qeyd edək ki, bu SMS-ləri “Azercell” vasitəsilə “Sim Today” şirkəti göndərir.

Sosial şəbəkə istifadəçiləri belə mesajların onlara da gəldiyini təsdiq ediblər. Bu məlumatların haradan alındığını soruşduqduqda “Mərkəzi Bankdan almışıq” deyə şirkətdən bildirilib. Daxili İşlər Nazirliyi dolların “qara bazar”ının aktivləşməsi ilə bağlı açıqlama yayıb. Bildirilir ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda, vətəndaşlıq mövqeyi sərgiləyərək polisə məlumat verə bilərlər. Vətəndaşlarımız bu kimi məsələlərdə aktiv olmalıdır. “Belə hallarla rastlaşdıqda polisə məlumat vermək lazımdır. Ümumilikdə, bu istiqamətdə işlər davam etdirilir və nəticələri barədə ictimaiyyətə məlumat verilir” deyə E.Zahidov vurğulayıb. “Sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar barədə sms göndərilib”. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-nın sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75950

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031