Dünyada dollarla verilən kreditlər qlobal böhrandan sonra ilk dəfə azalıb

19.09.2016 - 16:24
dollar11Bu ilin 1-ci rübünün yekununda ABŞ istisna olmaqla dünya ölkələrində dollarla verilən kreditlərin ümumi həcmi 7,9 trln. dollar təşkil edib. “Report”, Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hesablaşmalar Bankının (BİS) ən son rüblük hesabatında bildirilir.
Hesabata əsasən, dollarla kreditlərin həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb. Qlobal dollar kreditləşməsnini həcmindəki azalma ABŞ istisna olmaqla 2007-2009-cu il böhranından sonra ilk dəfə qeydə alınıb.
İnkişaf etməkdə olan ölkələrdə dollar kreditlərinin həcmi 2016-cı ilin yanvar-mart aylarında 3,2 trln. təşkil edib ki, bu da 2015-ci il II rübünün sonunda qeydə alınan maksimal rekord həddən 137 mln. dolllar və ya 4,1% azdır.
Martın sonuna qvro ilə avrozona xaricində verilən kreditlər isə son 2 ildə ilk dəfə azalma nümayiş etdirib. BİS bunu avrozona banklarının maliyyə vəziyyətinin zəifləməsi ilə izah edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=76136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930