8 AYDA 9 MİLYARD İTİRMİŞİK: 2 il əvvələ nisbətən neft gəlirimiz 3 dəfə azalıb

20.09.2016 - 03:12

pul-neft2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 4 milyard 165 milyon 218 min dollarlıq xam neft ixrac olunub.“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin ilk 8 ayı ilə müqayisədə xam neft ixracı 35% azalıb.
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 6 milyard 394 milyon 879 min dollarlıq, 2014-cü ilin 8 ayı ərzində isə 13 milyard 129 milyon dollarlıq xam neft ixrac olunmuşdu. Beləliklə, son 2 ildə neftdən gəlirimiz 3 dəfədən çox azalıb.
2016-cı ilin ilk 8 ayı ərzində Azərbaycandan 236 milyon 435 min dollarlıq neft məhsulları (56% azalıb), 632 milyon 993 min dollarlıq təbii qaz (46% azalıb), 8 milyon 882 min dollarlıq elektrik enerjisi ixrac olunub (23% azalıb).
Qeyd edək ki, 2015-ci ilin ilk 8 ayı ərzində Azərbaycandan 1 milyard 167 milyon 173 min dollarlıq təbii qaz ixrac olunmuşdu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031