Türkiyənin kredit reytinqini ən aşağı həddə endirildi

24.09.2016 - 11:51

126615

“Moody’s” beynəlxalq reytinq agentliyi Türkiyənin uzun müddətli kredit reytinqini “Baa3” səviyyəsindən “Ba1” spekulyativ səviyyəsinə endirilib.

Agentlik Türkiyənin kredit reytinqi proqnozunu isə “sabit” olaraq açıqlayıb.

Qeyd edək ki, “Ba1″c səviyyəsi maliyyə bazarlarında ən aşağı səviyyə kimi qəbul olunurr və spekulyativ elementlərlə birlikdə əhəmiyyətli dərəcədə riskli sayılır.

Agentlik reytinqin azaldılmasında iki əsas amilin rol oynadığını bildirib. Birinci amili, xarici borclanmanın artırılması zərurəti ilə bağlı risklər, ikinci amil isə iqtisadi artım və maliyyə institutlarının dayanıqlılığı göstəricilərinin getdikcə pisləşməsidir.

Xatırladaq ki, “Moody’s” Türkiyənin kredit reytinqinə 2016-cı ilin iyul ayında ölkədə baş verən çevriliş cəhdləri zamanı yenidən baxacağını bildirmişdi. O zaman agentlik baş tutmayan çevrilişin orta müddətli perspektivdə təsirini qiymətləndirməyə ehtiyac olduğunu açıqlamışdı. Türkiyənin sənaye və ticarət naziri Bülənd Tüfənkçi çevriliş cəhdinin ölkəyə 100 mlrd. ABŞ dollarından çox ziyan vurduğunu və bu rəqəmin daha da arta biləcəyini söyləyib.

“Moody’s”in bu qərarı Türkiyədə hazırda 2,95 TRY olan dolların məzənnəsinin qısa müddətdə 3,15 TRY səviyyəsinə, ilin sonuna qədər isə 3,25-3,30 TRY-ya çatmasına  səbəb ola bilər. Türkiyənin İMKB – 100 əsas fond birjası indeksinin isə cari 80 000 səviyyəsindən 70 000 səviyyəsinə qədər enməsi ehtimalı var. (report)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76548

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930