Azərbaycanla Gürcüstan iqtisadiyyatının fərqi: sürətlə geri gedirik

04.10.2016 - 11:27

260676“2017-ci ilin proqnozuna görə Azərbaycanda və Gürcüstanda adambaşına büdcə xərcləri eynidir”.

Bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev Azərbaycan və Gürcüstan iqtisadiyyatının fərqini şərh edərkən deyib.

Rövşən Ağayev bildirib ki, indiyədək fikirləşirdim ki, hazırkı inkişaf tempi ilə Gürcüstanla Azərbaycan arasında iqtisadi fərqləri daha aşkar formada 2020-ci ildən sonra hiss etmək mümkün olacaq: “Amma proses çox sürətlidir: bu fərqləri artıq indidən qabarıq görməyə başladıq. 2017-ci il yanvarın 1-dən orta məktəbdə ən az maaş alan praktikant müəllimlərin məvacibi 257 USD, müəllim mentorların maaşı 414 dollar, aparıcı müəllimlərin əmək haqqı 343 dollar olacaq. Bu hazırkı məzənnə ilə 420-670 Azərbaycan manatına bərabərdir. Azərbaycanda isə orta məktəb müəllimlərinin ən azı 70%-nin əmək haqqı 250 manatdan azdır. Orta maaş isə 300 manata çatmır”.

Ekspert başqa bir maraqlı məqamı da toxunub: “2017-ci ilin proqnozuna görə Azərbaycanda və Gürcüstanda adambaşına büdcə xərcləri eynidir: təxminən 1000 dollar. Halbuki 5-6 il öncə Azərbaycanda adambaşına büdcə xərcləri 2500 dollara çatırdı, Gürcüstanda isə 500 dollar ətrafında idi. Onların qatarı sürətlə irəli, bizimki isə geriyə gedir. Azad sahibkarlığın dayaq olduğu iqtisadiyyatın fərqi budur”.(Qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=77715

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31