İşsizlik və gənclərin miqrasiyası…

04.10.2016 - 13:03

dcdf2274-3a0a-499f-81bb-a89ae0117112_w610_r1_s«Novoye Vremya» qəzetində «Yeni iş yerləri açmaq potensialı varmı?» başlıqlı məqalədə ölkədəki işsizlik problem qabardılıb.

Yazıda ölkəyə neft pullarının axını zamanı işsizlik bir xeyli aradan qaldırıldığı xatırlanıb.

Neft pullarının azalması bu problemi yenidən bütün çılpaqlığı ilə üzə çıxarıb. Daha sonra müəllif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkədə işsizliyin 5 faiz olması, açılan iş yerlərinin bağlanan iş yerlərini üstələməsi barədə açıqlamalarına toxunur və buna şübhəsini gizlətmir:

“Nazirlikdən fərqli olaraq əhali işsizliyin azalması və yeni iş yerlərinin yaradılması məsələsində o qədər də nikbin deyil. Çünki iqtisadi böhranla bağlı yaranan şoku məhz vətəndaş hiss etdi. Nə üçünsə iri müəssisələrin rəhbərləri çıxış yolunu kadr personalını ixtisara salmaqda gördü”.

Müəllif vurğulayır ki, ölkədə ixtisarlar kütləvi xarakter alıb, bir çox müəssisələr bağlanıb, iş adamları ölkəni tərk ediblər:

“Nazirlik ya əmək bazarında situasiyanı bilmir, ya da arzu ediləni həqiqət kimi göstərmək istəyir. Gənclərin əksəriyyəti tikintilərdə çalışırdılar, böhran da məhz ilk olaraq bu sahəni vurdu”.

Daha sonra müəllif ixtisarların mənzil kommunal idarələrinə, SOCAR, «Azərişıq» ASC, AZAL kimi iri dövlət müəssisələrinə də keçdiyini bildirir:

“Neft satışından gələn gəlirlərin kəskin azalması yeni müəssisələr açılması imkanlarını daraltdı, hər şeyə pul lazımdır, o isə yoxdur”.

Müəllif sonda da təəssüflə gənclərin miqrasiyasından bəhs edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=77744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31