ARDNF-nin zərəri açıqlandı – 300 milyon
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə “Brexit” qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib.
ARDNF-in investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub.
Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir.
Xatırladaq ki, “Report”un analitik qrupu avronun dollarla müqayisədə məzənnəsinin yaxın 1 il ərzində paritetə qədər geriləyəcəyini, nəticədə, Fondun avro portfelinin dollar ekvivalentində 10%-ə qədər ucuzlaşacağını proqnozlaşdırır. Bu da avroda olan 10,5 mlrd. avro vəsaitin təxminən dollar ekvivalentində 1 mlrd. azalmasına gətirib çıxara bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=77760