İpoteka üçün büdcədən 32,4 mln. manat ayrıldı

04.10.2016 - 17:29

ipoteka2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib.

May-iyul aylarında olduğu kimi, avqust ayında da AİF-in agent bankları tərəfindən ipoteka kreditləri verilməyib.

Yanvar-avqust aylarında AİF 30,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib. Azalma təqribən 47,5% təşkil edib. Yanvar-avqust aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 32,4 mln. manat alıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=77804

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31