Problemli kreditlər rekord həddə çatdı

04.10.2016 - 17:34

milli-bankAzərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekor müəyyənləşdirib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 mln. manat çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.

Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=77808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31