“Naxçıvan Kredit” Bank bağlandı

Building and sign bank (done in 3d)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurası sentyabrın 30-da “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edib.
Bu haqda Palatadan verilən məlumatda bildirilib.
Bildirilib ki, “Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub.
“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.
Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələrin verilməsinə dair qərar qəbul edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=77901