“İnsanları qorxu və həbs yolu ilə vergiyə cəlb etmək mümkün olmayacaq”

05.10.2016 - 15:01

260797Patent vergisinin tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Vergilər nazirinin müavini İlkin Vəliyevin sözlərinə görə, patent vergisi repititorlar, bağbanlar, müxtəlif təmir və tikinti işləri görən ustalar, dil təlimçiləri və bu kimi fərdi qaydada xidmət göstərən şəxslərə tətbiq ediləcək. Nazir müavini patent vergisinin 50 manat və daha artıq olacağını istisna etməyib.

İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, patent vergisinin tətbiqi mümkün deyil:

“Patent formasında lisenziyaların verilməsi uğurlu yol olmayacaq. Düşünürəm ki, fiziki şəxs kimi qeydiyyatdan keçib sadələşdirilmiş vergi ödəyicisi olmaq daha asan olardı. Ancaq patent vergisi tətbiq olunarsa, daha böyük problemlər yaradacaq. Üstəlik sadələşdirilmiş vergidən fərqli olaraq, patent vergisinin yüksək olması vergidən yayınma hallarına səbəb olacaq. Çünki istər repetitor olsun, istər usta və s. bu kimi işlərə nəzarət etmək demək olar ki, mümkün deyil.”

Ekspert vergi ödəyiciləri ilə vergi strukturu arasında yaranan problemlərdən və həllindən də danışdı:

“İlk olaraq, vergi orqanı düşünməlidir ki, vergi ödəyicisinin mədəniyyətini yaratmaq lazımdır. Yəni hər hansı bir vətəndaş ödədiyi vergi məbləği ilə onun təhlükəsizliyinin təmin olunmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Bu düşüncə yarandıqdan sonra insanların özlərində maraq yaranacaq ki, vergi borclarını vaxtında ödəsinlər. Bizdə isə çox pis prisident yaranıb. Dövlət vergini yığmaq istəyir və yığır, ancaq onun hesabatını vermir. Yığdığı verginin ölkənin vətəndaşlarına hansı xeyirlər verməsi haqqında heç bir sosial aydınlaşdırıcı, məlumatverici işlər aparılmır. İnsanları ancaq qorxu və həbs yolu ilə vergilərə cəlb etmək mümkün olmayacaq. Təəssüf ki, bizdə işlər tərsinə aparılır. Əvvəlcə, vəsaitin necə toplanması haqqında düşünürlər, cəza mexanizmini düşünürlər. Ancaq təşviq və aydınlatmaq tərəfini unudurlar. Tətbiq olunacaq patent verigisinə nəzarət isə çətin olacaq. Yəni burada müqavilədə məbləğlər kiçildiləcək, vergidən yayınma halları olacaq. Ona görə, patent vergisi yerinə sadələşdirilmiş verginin tətbiqi daha uyğundur və ilk növbədə bu işə başlamazdan əvvəl insanlara təşviqat kampaniyası aparılmalıdır.”

Short URL: http://www.cumhuriyyet.net/?p=77907

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31