Azərbaycanda dövriyyədə olan nağd pul kütləsi azalır

05.10.2016 - 16:08

milli-bankAzərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi sentyabrın 1-nə 6 326,1 mln. manat təşkil edib.

Nağd pul kütləsinin həcmi ardıcıl olaraq 6 aylıq artımdan sonra ilk dəfə azalma göstərib. Belə ki, keçən ayla müqayisədə azalma 116,3 mln. manat və ya 1,8% təşkil edib. İlin əvvəli ilə müqayisədə nağd pulun həcmi 909,3 mln. manat və ya 16,79%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 207,6 mln. manat və ya 3,39% artıb.

Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Sentyabrın 1-nə açıqlanan göstərici tarixi maksimal həddən 4 818,3 mln. manat və ya 43,23% aşağıdır.

“Report” agentliyinin analitik qrupu dövriyyədə olan nağd pul həcminin yavaş tempdə azalmağa davam edəcəyini proqnozlaşdırır. Buna səbəb AMB-nin hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya etmək niyyətidir. Bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışı da dövriyyədə olan nağd pul kütləsibnin azalmasına təsir edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=77923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31