Vahid Əhmədov: “14 səhifəlik təklif göndərmişik, cavab ala bilmirik”

05.10.2016 - 16:10

vahid-%c9%99hm%c9%99dov1“Bank sektorunun sağlamlaşdırılması çox ciddi prosesdir”. Bunu millət vəkili Vahid Əhmədov bildirib.

O bank sektorunda baş verənlərlə bağlı həmkarları ilə birlikdə 14 səhifəlik təklifin hazırladıqlarını bildirib: “Bu təkliflər müvafiq şəxslərə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlıya göndərilib, amma biz oradan lazımi cavabları ala bilmirik. Təkliflərdə dollarla verilən kreditlərin qaytarılması ilə bağlı mexanizm və sair məsələlər öz əksini tapıb. Hökumətdə bununla bağlı müəyyən fikir ayrılıqları var. Buna görə, hələlik yekun qərar yoxdur”.

Millət vəkili deyib ki, bank sektorunun indiki durumunun əsas səbəbkarı elə bankların özləridir. “Əsas səbəb bankların düzgün işləməməsidir. Banklarda “şapka”, korrupsiya hallarının olması bu durumu yaradıb”.

Son vaxtlar bir neçə bankın lisenziyasının ləğv olunmasına toxunan millət vəkili bildirib ki, bu cür addımların tərəfdarı deyil: “Mən şəxsən heç vaxt bankların bağlanmasının tərəfdarı olmamışam. Çünki istənilən bankın bağlanması əhali üçün ciddi problemlər yaradır. “Bank Standard” QSC-ni bağladırlar, halbuki, bu bankın əhaliyə 560 mln. manata yaxın borcu var, onun 460 mln. manatı qorunan əmanətlərin payına düşür. Qorunmayan əmanətlər də var axı… “Royal Bank” artıq 1 ildir bağlanıb, amma onunla əlaqədar hələ də şikayətlər daxil olmaqdadır. Ona görə də mən bankların bağlanmasının deyil, konsolidasiyasının tərəfdarıyam”.

V. Əhmədov onu da qeyd edib ki, təxminən 15-20 bankın bazarda qalması daha məqbuldur. “Söhbət ciddi məcmu kapitala, portfelə, likvidliyə malik olan banklardan gedir”, – deyə o əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=77926

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31