Ekspert: İdxal malları bahalaşacaq

06.10.2016 - 10:33

74fe39cf-ceb7-4e9d-a5a7-c8091170802c_cx0_cy5_cw0_w987_r1_s_r12017-ci ilin büdcəsinin gəlir hissəsinin artımının formalaşmasında ən böyük məsuliyyət Dövlət Gömrük Komitəsi (DGK-nin) üzərində olacaq. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasının əsas yükü bu Komitənin üzərinə qoyulub.

38 FAİZ ARTIQ

DGK-nın planı gələn il bu ilin proqnoz göstəricisi ilə müqayisədə 390 milyon manat və ya 21.5 faiz artırılıb. DGK-nın yeni il üçün proqnoz öhdəlikləri 2015-ci ilin faktiki göstəricisindən 608.1 milyon manat və 38.2 faiz çoxdur.

Bəs bu öhdəliyi Komitə necə yerinə yetirəcək? İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki, 2017-ci ilin büdcəsində gömrük ödənişlərinin kəskin artımla proqnozlaşdırılması yalnız tariflərin deyil, ƏDV-nin də dərəcəsinin artırılmasına hesablanıb: «Bu da son nəticədə idxal mallarının bahalaşmasını şərtləndirəcək».

«ƏZİYYƏTİNİ İSTEHLAKÇILAR ÇƏKƏCƏK»

Ekspert əlavə edir ki, gələn il DGK-dan daxilolmalar qeyri-neft büdcə gəlirlərinin 27.2, cəmi büdcə gəlirlərinin 13.8, Ümumi Daxili Məhsulun isə 3.5 faizini təşkil edəcək. Bu da, əsasən, idxala əlavə dəyər vergisi və gömrük rüsumları hesabına formalaşacaq: «Bu halda DGK yalnız idxala ƏDV üzrə büdcəyə 1.64 milyard manat, gömrük rüsumlarına görə 454 milyon manat, aksizlərə görə 90 milyon manat və yol vergisinə görə 17 milyon manat ödəməlidir».

Q.İbadoğlu bildirir ki, DGK-nın bu ödənişləri, ilkin olaraq, sahibkarların xərclərində, son nəticədə isə istehlak qiymətlərində özünü göstərəcək. İqtisadçının fikrincə, bunun əziyyətini də eyni məhsullara əvvəlkindən daha çox pul xərcləmək məcburiyyətində qalan istehlakçılar çəkəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=77986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31