Azərsun prezidenti: “Dövlətin imkanı var ki, bu borcu ….”
“Azərsun Holding”in prezidenti Abdulbari Gözəl ölkədə yaşanan iqtisadi durumla bağlı media nümayəndələri mətbuat konfransı keçirir.
A.Gözəl iqtisadi böhran, Azərbaycanda son vaxtlar həyata keçirilən sosial islahatlar, qida sektorundakı vəziyyət, böhrandan çıxış yolları barədə sualları cavablandırarkən deyib ki, Azərbaycanın elə də böyük borcu yoxdur:
“Dövlətin imkanı var ki, bu borcu ödəsin. Mətbuat yeni sənayeni dəstəkləməlidir ki, onlar da güclü olub mətbuata reklam versin. Bizim sizin dəstəyinizə ehtiyacımız var”.
“Azərsun Holding”in in rəhbəri deyib ki, təmas xəttində baş verən hadisələrdə uğur qazanılmasında əsas vasitəçilərdən biri də təmsil etdiyi qurum olub: “Bundan öncə ermənilərlə baş verə hadisələr zamanı bizə tapşırdılar ki, filan yüksəkliyə ərzaq çatdırmalısız. Biz gecə ilə onu etdik və bizə medal göndərdilər”.(Modern.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=78154