Hökumət yeni iqtisadi model üzərində çalışır – Rəsmi

07.10.2016 - 17:49

trend_rufat_aslanli_0710161475846035Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı oktyabrın 6-da İtaliya Milli Mikrokredit Agentliyinin sədri Mario Baccininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan verilən məlumata görə, görüşdə Azərbaycanla İtaliya arasında mikrokreditləşmə sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Mikrokreditlərin verilməsi üzrə İtaliya modelindən söz açan M.Baccini mikromaliyyələşmənin kiçik sahibkarlığın inkişafına ciddi dəstək olduğunu vurğulayıb. Görüşdə bu modelin Azərbaycanda tətbiqi məsələləri müzakirə edilib.

Ölkənin maliyyə sektorunda stabilliyin təmin olunması, eləcə də əhalinin və investorların hüquqlarının qorunması istiqamətində Palatanın gördüyü işlərdən bəhs edən Direktorlar Şurasının sədri R.Aslanlı hökumətin yeni iqtisadi model üzərində çalışdığını və kiçik sahibkarlığın inkişafının önəmli istiqamətlərdən biri kimi nəzərdə tutulduğunu bildirdi.

Onun sözlərinə görə İtaliyanın mikrokreditləşmə təcrübəsi ölkəmiz üçün maraqlıdır və dərindən öyrəniləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=78202

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31