Azərbaycanda bank-maliyyə sektoru iflas həddində

09.10.2016 - 12:19

bank1Son günlər, ölkədə mətbuatında bəzi bankların lisenziyasının ləğv olunması və ümumən bankların sayının 20-ə endiriləcəyi barədə məlumatlar dolaşır. Səbəb isə ölkədə ikinci kəskin devalvasiyadan sonra əksər bankların maliyyə durumunun pisləşməsi və müflis olmaq təhlükəsi ilə üzləşməyidir. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsi isə fikirlərimizin şərhsiz isbatı sayıla bilər. Hazırda isə mediada “Express Bank” bağlanacağına dair məlumatlar dolaşır. bununla bağlı cumhuriyyet.az olaraq “Ekspressbank”ın çöküşü – İlginc TƏFƏRRÜAT” başlıqlı yazımızda bildirmişdik ki, Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın zamanda həmin bankın lisenziyasının ləğv edilməsi məqsədi ilə xüsusi komissiya yaradılacaq və banka müvəqqəti inzibatçılar təyin edəcək. Həmin məlumatdan bir hissəni diqqətinizə çatdırırıq: “Qeyd edək ki, ölkədə iri nüfuza malik olan “Ador” MMC bankın vəziyyətinin pisləşməsi ilə əlaqədar öz səhmlərini sataraq bankın müşahidə şurasını tərk etmişdir. Bankın səhmələri Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Hacəmməd oğlu tərəfindən alınmaqla, cənab Pirverdiyev rəsmən bankın sahibi oldu. “Express Bank” rəsmən dövlət məmuruna məxsus olan yeganə bankdır. Bankın bağlanmasının əsas səbəbi kimi cənab Pirverdiyevin rəhbərlik etdiyi “Azərenerjinin” Beynalxalq Bankda iri məbləğdə kredit borclarının olması və həmin borlcar üzrə ödəniş edə bilməməsi güman edilir. Qeyd edək Etibar Pirverdiyev kredit borclarına görə bir neçə dəfə “Bandotdelə” çağırılmışdır, hətta barəsində həbs qətimkan tədbirlərinin görülməsi barəsində söz-söhbətlər gəzirdi”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilməsi isə fikirlərimizin şərhsiz isbatı sayıla bilər. Məsələ ilə bağlı cummhuriyyet.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, hökumətin və Mərkəzi Bankın atdığı addımlar əhali arasında ciddi panika yaradır. Çünki hökumət əhali ilə danışmır, danışa bilmir, heç nəyi normal izah edə bilmir: ” Əhali isə onsuz da məmurların dediklərinə güvənmir. Və beləcə bütün bank-maliyyə sektoru ciddi basqı altında qalır: “Problemli kreditlərin həcmi ilin əvvəlindən 2 dəfə artıb, banklar verdikləri kreditləri toplaya bilmir, yeni kredit xəttləri açılmır, bütün banklar gələcəklərindən inamsız şəkildə batmağa doğru gedirlər. Mərkəzi Bankın bu günə olan ehtiyatları bütün depozitlərin geri qaytarılmasına belə çatmayacaq səviyyədədir. Batan, bağlanan bankların aktivləri isə ya şişirdilib, ya da daşınmaz əmlak şəklində olan aktivlərin bu gün müştərisi yoxdur ki, satıb nəğd vəsait əldə edib, camaatın pulunu qaytarsınlar. Bu vəziyyətdən çıxış yolu ancaq bank sektorunun ciddi açılması, iri, nüfuzlu xarici bankların birbaşa bazara daxil olmaları üçün şəraitin yaradılmasıdır.
İri xarici banklar isə Ümumdünya Ticart təşkilatına üzv olmayan, məhkəmə sistemi, mülkiyyət toxunulmazlığı bərbad olan ölkələrə gəlmirlər. Bundan başqa iri xarici banklar birbaşa bazara daxil olsalar, yerli “oliqarxik” bank sistemi ilə rəqabətə davam gətirməyəcəklər. Çünki bizdə bank sistemi primitiv modellə işləyib. Manatın sabit və bahalı olduğu dövrlərdə xaricdən 3-4%-lə kredit alıb. Onu əhaliyə 20-30%-ə satmaqla məşğul olublar. Banklar adi kredit təşkilatları kimi işləyiblər, nə yatırım portfelləri olub, nə özəl yatırım fondları yaradıblar, nə ciddi əməliyyatlarda payçı olublar. Sadəcə seyf və borc verən qurum kimi fəaliyyət göstəriblər. Bu gün bütün bank sistemi onun acısını çəkir, primitiv iqtisadi modelin banklarda əksinin ağrısını yaşayır. Maliyyə-bank sahəsi bütün ölkələrdə iqtisadiyyatın “qan-damar” sistemini təşkil edir, indi bizdə “damarlar” tutulub, “qan” işləmir. Tibbdən də məlumdur ki, damarlarda tixac olanda, qan işləməyəndə pasient ölür”.
Digər iqtisadçı ekspert Oktay Haqverdiyev də qeyd edib ki, ölkənin bank sistemi qənaətbəxş deyilsə, bununla bağlı siyasət dəyişməlidir: ” İndiki məqamda hökumət tərəfindən elə bir effektli addım atılmayıb ki, bank sistemi normal vəziyyətə gəlib çatsın. Azərbaycanda 15-17 bankdan çox bank olmamalıdır. Bir də ki, nizamnamə kapitalı 50 milyondan çox olmalıdır. Çünki 50 milyon azdır. Bu 200-250 milyon olmalıdır. Onda bankların özünün maliyyə sistemində olan problemlərini həll etməyə imkanı, gücü olacaq. 50 milyonu olan 5-6 bankımız var. Amma Beynəlxlaq Bankın nizamnamə kapitalı 7000 milyondur. Demək istəyirəm ki, zəif banklar aradan götürülməlidir. Onlar ayaq altında qalıblar. Zərərindən başqa da heç bir xeyri yoxdur. İnsanlar gedib, ora pul qoyurlar və sonradan bank həmin pulları qaytara bilmir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda 15- 17sanballı bank olsa, optimal bank sistemi yaratmaq olar”.
Mənsur, Cumhuriyyet.az

Short URL: http://www.cumhuriyyet.net/?p=78287

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31