Əmlak bazarında durğunluq – Səbəblər

10.10.2016 - 11:07

ea9732ad-c35e-4c38-9386-07c851315f5c_cx1_cy5_cw100_w610_r1_s_r1Manatın dəyərdən düşməsi əmlak bazarına da ciddi təsir edib. Əksər alqı-satqılar pozulub, daşınmaz əmlakın qiyməti isə manatın kursundan asılıdır

Bunu ekspert Nüsrət İbrahimov “Exo” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin daşınmaz əmlak bazarındakı durum çətin vəziyyətə düşüb:

“2015-ci ildə ölkədə iki devalvasiya baş verdi. Bu, ölkənin bütün iqtisadi həyatı kimi, daşınmaz əmlak bazarına da ciddi təsir etdi. Manatın dəyərdən düşməsi əmlak bazarına da ciddi təsir edib. Əksər alqı-satqılar pozulub, daşınmaz əmlakın qiyməti isə manatın kursundan asılıdır”.

Ekspertin bildirməsinə görə, daşınmaz əmlakda qiymətlər 2014-cü ildə son 10 ilin ən yüksək həddinə çatıb. 2015-ci ildə Bakıda mənzilin bir kv.metrinə 1487 manat dəyər qoyulub, amma alqı-satqı olmayıb.

Ekspert Rəşad Əliyev isə deyir ki, qiymətlərin cüzi enib-qalxması bazarda alqı-satqı canlanmasına səbəb olmayıb.

Yazıda vurğulanır ki, yaxın aylarda da daşınmaz əmlak bazarında ciddi canlanma gözlənilmir. Çünki əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak bazarında canlanmadan ötrü əhalinin pul gəlirləri artmalıdır.

R.Əliyev qeyd edir ki, bu ilin avqustunda icarə sahəsində müəyyən bahalaşma baş verib. Bu da tələbələrin Bakıya oxumağa gəlmələri ilə bağlı olub:

“Əmlak bazarı Bakıda həqiqətən durğunluq dövrünü yaşayır. Adətən tələbələrin hesabına ayaq üstə duran icarə bazarı belə, faktiki olaraq dayanıb. Bütünlükdə isə bazarda situasiyanın yaxşılaşması iki ildən tez olmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78363

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31