“Azəristiliktəchizat”ın 8 milyonluq borcu var

11.10.2016 - 12:31

az%c9%99riqazCari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Qurum rəsmisi bildirib ki, “Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.

Debitor borcun artmasının qış mövsümündə qazanxanalara təbii qazın verilişinə necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran İ. Kərbəlayev deyib ki, debitor borcu olmayan qazanxanalara təbii qaz veriləcək: “Bizdə olan məlumata görə, respublika üzrə “Azəristiliktəchizat” ASC-nin 510 aktiv qazanxanası mövcuddur. Payız-qış mövsümü başlayan zaman ilk növbədə debitor borcu olmayan qazanxanalara təbii qazın verilişi həyata keçiriləcək. Biz bu məsələ ilə bağlı dəfələrlə “Azəristiliktəchizat” ASC-yə yazılı müraciət etmişik. Lakin bir ortaq məxrəcə gəlmək mümkün olmur”.

O əlavə edib ki, İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: “Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb”.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=78559

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31