Ekspertdən nazirə təklif: ” Zərərin harasından qayıtsan, xeyirdir”

11.10.2016 - 17:19

261320Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bildirib ki, Bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib.

Nazirin sözlərinə görə, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb:

“Həmin insanlar işsiz kimi qeydiyyatdan keçiblər və onlara işsizlik müavinəti təyin olunub. Son səkkiz ayın məlumatına görə isə banklarda orta aylıq əmək haqqı çox yüksək, təxminən 1252 manatdır.Nəzərə alsaq ki, bu məbləğin 70%-i müavinət formasında ödənilməlidir, bu, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən böyük məbləğin ayrılmasını tələb edir. Buna görə də bu il bu məqsədlə ayrılan 15 milyon manat bu məqsədə kifayət etmir”.

İşsizliyin artdığı dönəmdə bu porblemi necə çözmək olar? Büdcəyə ayrılan vəsait işsizlik müavinətinə çatmazsa, nazirlik vətəndaşlara müavinəti necə verəcək? Problem və onun həllinə dair iqtisadçı ekspert Qalib Toğrul Qaynarinfo.Az-a açıqlama verdi. Ekspert açıqlamasında bildirdi ki, ünvanlı sosial yardıma ayrılan vəsaitlərin bir hissəsini işsizlik müavinətə yönləndirmək lazımdır:

“Azərbaycanda işsizliklə bağlı rəqəmlər həmişə süni şəkildə kiçildilib. Bunun da ən əsas yolu işsizlərin Məşğulluq Mərkəzləri tərəfindən müxtəlif əsassız bəhanələrlə işsiz kimi qeydiyyata götürülməməsi olub. Bununla da, ölkədə işsizlərin sayı dəfələrlə azaldılıb. Dövlətin vəzifəsi vətəndaşını işlə təmin etməkdir, əgər işlə təmin edə bilmirsə, o zaman işsiz vətəndaşına müavinət verməlidir. İndi işsizlərə veriləcək müavinətlərin çatmayacağından danışılır. Mən təklif edirəm ki, ünvanlı sosial yardıma ayrılan vəsaitlərin bir hissəsi bura yönəldilsin. Hələ vaxt var, büdcə layihəsinin müzakirələri zamanı bu təklifi vermək və müvafiq dəyişiklik etmək olar. Hər il dövlət büdcəsindən 200 milyon manata yaxın vəsait ünvanlı sosial yardıma ayrılır və onun böyük hissəsi ünvanına çatmır. Bugünədək təxminən 2 milyard manata yaxın vəsait bu şəkildə səmərəsiz xərclənib, aztəminatlı ailələrə verilmək əvəzinə dağıdılıb. Zərərin harasından qayıtsan, xeyirdir, yönəltsinlər həmin vəsaiti işsizlik müavinətlərinin verilməsinə. Vaxt da var, imkan da.”

Xatırladaq ki, 2016-cı il avqustun 1-ə Azərbaycanda rəsmi olaraq 35 min nəfər işsiz qeydə alınıb ki, bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz çoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=78640

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31