Ölkələrin aclıq indeksi açıqlandı

13.10.2016 - 11:16

c85d97ac-8bb8-4f33-84f6-7a11f11eb9ba_cx0_cy16_cw0_w987_r1_s_r1Gündə təxminən 795 milyon adam, o cümlədən milyonlarla uşaq yatağına ac girir. Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutunun məlumatında belə deyilir. İnstitut inkişaf etməkdə olan ölkələrdə aclığın və bu problemlə mübarizənin səviyyəsini müəyyən etməkdən ötrü 2016-cı il üçün Qlobal Aclıq İndeksi hazırlayıb. Siyahıda Azərbaycanın da adı var.

Azərbaycan aclığın səviyyəsinə görə 118 ölkə arasında 9.8 bal toplayıb. Müqayisə üçün deyək ki, problemin ən böyük olduğu ölkələr Afrika ölkələridir. Birinci, yəni ən pis yeri 46.1 balla Mərkəzi Afrika Respublikası tutub. Daha 6 ölkənin ən qorxulu vəziyyətdə olduğu da üzə çıxıb. Pakistan, Tacikistan, Hindistan, Şimali Koreya da daxil olmaqla, 40-dan çox ölkədə aclıq səviyyəsi göstəriciləri böyükdür.

TÜRKİYƏ – 5 BAL

Qonşu ölkələrdən Gürcüstan və Ermənistanın durumu Azərbaycanla müqayisədə daha yaxşıdır. Ermənistanda aclığın səviyyəsi cəmi 8.7 bal, Gürcüstanda 8.2 baldır. Rusiya 6.8 balla qiymətləndirilib. Türkiyə aclıq səviyyəsi ən aşağı ölkələr sırasındadır, göstəricisi 5 baldan da azdır.

Ölkələrin aclıq indeksi xroniki aclığın, uşaq ölümünün, uşaqlarda çəkidən qalmanın (boyuna görə) və inkişafın (yaşına görə) ləngliyinin göstəricilərinə əsasən müəyyən olunur.

Siyahıya görə, Azərbaycanda 2016-cı ildə xroniki aclıqdan əziyyət çəkənlər əhalinin 1.7%-ni təşkil edib. Uşaqların (5 yaşdan aşağı) 3.1%-də boyuna görə çəki azlığı, 18%-də yaşına görə inkişaf ləngliyi müşahidə olunub. Uşaq ölümü göstəricisi 3.2%-dir.

MÜHARİBƏLƏRDƏN ƏZİYYƏT ÇƏKƏNLƏR

Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu aclıq indeksini hər il hazırlayır. Məqsəd aclıqla qlobal şəkildə, eləcə də ayrı-ayrı region və ölkələrdə hərtərəfli mübarizə aparmaq, görülməli tədbirlərin istiqamətlərini müəyyənləşdirməkdir. Təşkilat bu sahədəki tədbirlərin nəticələrini – uğurları və uğursuzluqları vurğulamaqla aclığın səviyyəsinin azalmasına çalışır.

Ekspertlər müəyyən ediblər ki, aclıq indeksinin hələ də yüksək olduğu ölkələr son illər təbii fəlakətlərdən, vətəndaş müharibələrindən, iqtisadi sabitliyin olmamasından əziyyət çəkənlərdir.

Beynəlxalq Ərzaq Siyasəti Tədqiqatı İnstitutu bildirir ki, 2000-ci illə müqayisədə inkişaf etməkdə olan ölkələrdə aclığın səviyyəsi, ümumiyyətlə, 29% azalıb. Amma beynəlxalq qurumların məqsədin 2030-cu ilə qədər problemin kökünü kəsməkdir. Və bundan ötrü daha çox iş görülməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=78831

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31