“Manatın bahalaşması süni şəkildə aparılır” – Ekspert

14.10.2016 - 12:31

261508Mərkəzi Bankın rəsmi Dollar/manat məzənnəsi aşağı düşməkdə davam etsə də, banklar dolları eyni sürətdə ucuzlaşdırmırlar, hətta bir sıra banklar bahalaşdırırlar.

Oktyabrın 12-13-də rəsmi məzənnə 1,5986 AZN/USD olub. Bu günə isə Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının rəsmi məzənnəsini 1,5970 AZN/USD səviyyəsində müəyyən edib. Bank Respublika, Rabitəbank, Turanbank və Amrahbank dünən ilə müqayisədə dolların qiymətini qaldırıblar:

Məsələyə aydınlıq gətirən ekspert Əkrəm Həsənov açıqlamasında bildirdi ki, manatın son günlər bahalaşmasının süni şəkildə aparılması banklara məlumdur:

“Hamıya və o cümlədən, banklara da məlumdur ki, manatın son günlər bahalaşması süni şəkildədir. Mərkəzi  Bank aprel, may aylarında olduğu kimi manat kütləsini sıxıb, yəni dövriyyədə manat azalıb və nəticədə dollar almaq üçün imkanlar azalıb. Məhz buna görə də manatın qiymətini bu şəkildə qaldırmaq olur. Banklarda ilin sonuna qədər gözlənti var ki, dolların qiyməti yenidən qalxacaq. Bu həm dövlət büdcəsi ilə bağldır, həm də ilin sonunda sahibkarların və bankların dollarla xərcləri artacaq. Çünki borclarını bağlamalıdırlar. Mərkəzi Bank məcbur olacaq ki, ilin sonuna banklara manat kreditləri versin. Bununla da, manat kütləsi artacaq. Buna görə də, banklardan dolların ucuzlaşmasını gözləmək olmaz”.

Ekspertin sözlərinə görə, Amerikanın Federal Ehtiyat Sistemi dollar kreditləri üzrə faizləri qaldıracaq: “Və bud a dolların qiymətinin bahalaşmasına səbəb olacaq. Amma yuxarıda dediyimiz banklarda hansısa səbəbdən dollar tələbatı artıb. Yəni ola bilər ki, öz borclarını bağlayırlar”.(qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=79023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31