Azərbaycanda pivə satışı ilə bağlı cərimə ləğv edildi

14.10.2016 - 14:28

42e1b8ca-ba76-4d40-ad07-3f3d2c0e0b64Pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılır.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulub.

Belə ki, Məcəllənin 450.2-ci maddəsinə “pivə” sözü də əlavə edilir. Hazırda qüvvədə olan maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir.

Dəyişikliyə əsasən isə “tütün” sözündən əvvəl, “pivə” sözü də əlavə edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=79048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31