Metroda gedişhaqqı qalxır? – Rəsmi

14.10.2016 - 14:40

404742777Bakı Metropoliteni qiymət artımı ilə bağl Tarif Şurasına müraciət etməyəcək.

Bu sözləri Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gedişhaqqının qalxması barədə yayılan məlumatlara cavab olaraq deyib. Onun sözlərinə görə, gediş qiymətlərinin artırılması ilə bağlı məsələ qurumun gündəliyində deyil:

“Metroda gediş haqqının artırılması, istərsə də güzəşt tətbiqi “Bakı Metropoliteni”nin səlahiyyətində olan məsələ deyil. Əlbəttə, metroda bir sərnişinin daşınmasının maya dəyəri 20 qəpikdən bahadır. Buna baxmayaraq, hökumət tərəfindən hər il Metropolitenə subsidiyalar ayrılır. Bu subsidiyalar hesabına həmin zərər ödənilir. Amma yenə də deyim ki, tarifin artırılması və ya azaldılması birbaşa Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu məsələ bizdə müzakirə edilmir”.

Xatırladaq ki, N.Paşayev metroda bir sərnişinin daşınmasının maya dəyərinin 2016-cı ilin 6 ayının yekunlarına görə, 52,4 qəpik təşkil etdiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31