Azərbaycan avtomobil idxalını 6 dəfə azaltdı

17.10.2016 - 17:17

14320148812840214942_554x360Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 3 906 ədəd avtomobil idxal edilib.

Report-un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2015-ci illə müqayisədə 19 009 ədəd yaxud 82,95% (5,9 dəfə) azdır.

Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 672 ədəd yaxud 91,68% (12,02 dəfə) azalaraq 61 ədəd olub.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 16 997 ədəd yaxud 83,38% (6,02 dəfə) azalaraq 3 389 ədədə düşüb.

DGK-nın hesabatında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2015-cü ilin ilk 9 ayına nisbətən 1 205 ədəd yaxud 76,07% (4,2 dəfə) azalaraq 379 ədədə enib.

Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2015-cü ilə nisbətən 2016-cı ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 135 ədəd yaxud 63,68% (2,75 dəfə) azalaraq 77 ədədə bərabər olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=79326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31