Şahin Mustafayev: “Sahibkarların yoxlanılması 1000 dəfə azalıb”

19.10.2016 - 16:52

sahin-mustafayev2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlıq fəaliyyətində 50 yoxlama keçirilib, halbuki ötən ilin doqquz ayı ərzində bu göstərici 50 min təşkil edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar yerli istehsalı dəstəkləmək, qeyri-neft ixracının təşviqi və sahibkarlığın inkişafı üçün çox mühüm addımlar atıb: “İlk növbədə qeyd etmək istəyirəm ki, aparılan iqtisadi islahatlar çərçivəsində sahibkarlıq fəaliyyətinin yoxlanılmasının 2 il dayandırılması, biznesin qurulması üçün lisenziyaların sayının azaldılması və çox mühüm addımlar atılıb”.

Eyni zamanda, Ş. Mustafayev əlavə edib ki, yerli istehsalı dəstəkləmək üçün 84 malın idxalına spesifik gömrük rüsum dərəcələri tətbiq edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=79586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31