1987, 1997, 2007 və… – Yeni böhran gəlir

21.10.2016 - 17:17

1477055321Qlobal qiymətli kağızlar bazarının tarixində ən böyük gündəlik azalmanın 1987-ci ildə ABŞ-ın fond bazarında, 1997-ci ildə Asiya ölkələrinin, 2007-ci ildə isə qlobal maliyyə bazarında baş verməsi nəticəsində ağır iqtisadi böhranın yaranmasından sonra bir çox investor növbəti analoji hadisənin 2017-ci ildə təkakralanacağına inanmağa başlayıb.

Report-un verdiyi xəbərə görə, 2017-ci ildə növbəti böhranın baş verməsi üçün kifayət qədər “əlverişli” zəmin yaranıb. Belə ki, Beynəlxalq Valyuta Fondunun (İMF) oktyabr hesabatına əsasən, son zamanlar xammal qiymətlərinin artması qısamüddətli riskləri azaltsa da, uzunmüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin korporativ sektorunun yüksək borc asılılığı narahatlıq doğurur. Hazırda maliyyə institutları istisna olmaqla, məcmu borcun qlobal ÜDM-də xüsusi çəkisi 22%-lə tarixi maksimuma çatıb.

Borcun artması iqtisadiyyata təkan versə də, müəyyən zamandan sonra borcluların cari vəziyyətinə zərər yetirir. Burada isə ən təhlükəli amil Çinlə bağlıdır. “Mudi” beynəlxalq reytinq agentliyinin analitiki Samuel Melouna görə, Çin bankları – potensial “bombadır”.

O, dünyanın nəhəng banklarını təhlil edərək bildirib ki, Çinin bank sektorunda yaranan problemlərdən ən çox əziyyət çəkən qonşu, Cənub-Şərqi Asiya ölkələri olacaq: “Çinin “kölgə” bank sektoru kifayət qədər oyrənilməyib və orada yarana biləcək problem Çinin ənənəvi bank sektoruna sirayət edə bilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=79794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31