Dəvəquşu siyasəti
«Novoye Vremya» qəzetində «Yoxsul əhali iqtisadiyyata kömək edə bilməz» sərlövhəli maraqlı məqalə dərc olunub.
Müəllif yazır ki, son iki ildə əhalinin alıcılıq qabiliyyəti düşüb. Üstəlik, həm mağaza və ticarət mərkəzlərində satılan malların çeşidində, həm də keyfiyyətində azalma var.
Yazıda qeyd edilir ki, neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ağır zərbə vurub. Əhalinin real gəlirləri kəskin azalıb. Hökumət bu vəziyyəti xalqla müzakirə etmək əvəzinə mövcud problemləri ört-basdır etmək yolunu tutub: «Bizdə bu mövzuya açıq yasaq qoyulub. Hakimiyyəti əllərində saxlayanlar belə hesab edirlər ki, bizdə hər şey yaxşıdır, problem haqda danışmasaq, deməli, problem də yoxdur».
Amma müəllif hesab edir ki, dəvəquşu başını quma soxub gizlədən kimi, problemi görməzliyə vurmaq çıxış yolu deyil.
Yazıda deyilir ki, Azərbaycan hakimiyyətinin ölkə iqtisadiyyatının inkişafı haqda bəyanatlarına baxmayaraq, iqtisadiyyata sərmayə qoyuluşu azalıb: «Keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində iqtisadiyyata 12.7 faiz az sərmayə yatırılıb».
Müəllif vurğulayır ki, nominal olaraq əhalinin gəlirləri artır. Amma bu gerçək inflyasiya ilə müqayisədə çox azdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=79944