Dollar 8 aylıq maksimuma yaxınlaşır

24.10.2016 - 11:55

c7892f33af30421a87dc3f2aa207ac5dDolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib.

Buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.

Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır.

Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FED rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb.

Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib.

Rəy sorğusuna əsasən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub. Prezident seçkiləri noyabrın 8-dədir.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=79946

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728