Dolların rəsmi məzənnəsi tarixi rekorda çata bilər – Sabah

01.11.2016 - 12:15

dollar8Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 2-nə rəsmi məzənnəsini 1,6471 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,6471 AZN/USD olub. 

Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-sü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axsama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,55% artması deməkdir.

Xatırladaq ki, sabaha olan məzənnə 1,6471 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların tarixi maksimal rəsmi məzənnəsi olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə 2016-cı il martın 11-də (1,6456 AZN/USD) qeydə alınıb.

Qeyd edək ki, bu gün, noyabrın 1-də rəsmi məzənnə 1,6381 AZN/USD-dir.

Short URL: http://www.cumhuriyyet.net/?p=80750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728