İnverstorlar ölkəyə niyə gəlmir?

04.11.2016 - 12:14

ir-eventsNeftin qiyməti 50 dollar ətrafında hərəkət edirsə, iqtisadiyyatın bir çox sahələrinə dövlət investisiyası qoymaq ancaq arzu edilə bilər.

Bu barədə “Novoye Vremya” qəzetində dərc olunan “Pullar sakitliyi sevir və ya investorların qaçışını necə önləyək” sərlövhəli məqalədə yazılıb.

Yazıda qeyd edilir ki, neftin kəskin ucuzlaşmasından sonra daxili imkanlar hesabına ölkəyə investisiya yatırmaq imkanı artıq aradan qalxmaqdadır:

“Neftin qiyməti 50 dollar ətrafında hərəkət edirsə, iqtisadiyyatın bir çox sahələrinə dövlət investisiyası qoymaq ancaq arzu edilə bilər. Bu investisiyanın azalması təsadüfi deyil. Belə halda ümid xarici investisiyalara qalır ki, indiki halda bu, hava kimi vacibdir”.

Müəllif yazır ki, son vaxtlar baş verənlər isə bu arzunun gerçəkləşəcəyinə böyük şübhələr yaradır. İnvestorlar nəinki Azərbaycana gəlmir, üstəlik, əvvəllər gələnlər də getmək haqda düşünürlər. Yazıda vurğulanır ki, iqtisadi fəallığın və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bir sıra xarici şirkətlərin ölkədən getməsi ilə nəticələnir.

Müəllifə görə, ölkə iqtisadiyyatında yerli özəlliklərin olması da burada az rol oynamayıb: «Əvvəllər yüksək neft gəlirləri fonunda şirkətlər bürokratiyaya, korrupsiyaya, məmur özbaşınalığına dözürdülər. İndi bu sərmayəçiləri qane etmir”.

Yazıda vurğulanır ki, neft bumu dövründə ölkədə əlverişli biznes və sərmayə mühiti yaradılmadığından belə bir mənzərə başa düşüləndir. Müəllifin fikrincə, maliyyə bazarının, bank sisteminin sabitləşmədiyi, inhisar, korrupsiya və məmur özbaşınalığının davam etdiyi bir şəraitdə ölkənin rəsmi qurumlarının sözdə verdiyi təminatlar əbəsdir:

“Ən başlıcası, yaxın perspektivdə iqtisadi durumun yaxşılaşacağı görünmür. Yenə də neft qiymətdən düşməkdədir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=81091

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728