Problemli kreditlərlə bağlı layihə hazırlandı

04.11.2016 - 12:32

96cc1c269b01b1d4d538d377af9ddb03Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb, bəzilərinin üzərində isə iş aparılır.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O, qeyd edib ki, layihələrdən biri problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlıdır: «Bu qanun layihələri ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq».

Restrukturizasiya- iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi istiqamətində geniş dairəli tədbirlər sistemidir.

Yəni, müştəri bankdan kredit götürüb, aylıq ödənişi 300 manat təşkil edir. Hər hansı səbəb üzündən bu məbləği ödəmək iqtidarında deyil və banka müraciət edir ki onun aylıq ödəməli olduğu məbləği azaltsınlar (ümumi məbləğ olduğu kimi qalmaq şərti ilə). Bank razılığa gəldiyi zaman müştərinin məbləğini ona münasib rəqəmlərə bölür.

Bir müddət öncə Azərbaycanda problemli kreditlərin 1 milyard 500 milyon manatı keçdiyi bildirilirdi. Beynəlxalq maliyyə qurumları bu məbləğin ilin sonuna kimi artacağını proqnozlaşdırırdılar.

2015-ci ildə baş verən iki devalvasiyadan sonra əhalinin dollarla götürdükləri kreditləri qaytarmasında problemlər yaşanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=81093

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930