Maaşların artımı gözlənilir

04.11.2016 - 15:28

263395Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir. Milli.Az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək.

Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur.

Z.Səmədzadə qeyd edib ki, gələn ilin büdcə layihəsində sosial proqramların sayının azaldılması nəzərdə tutulmur.

Komitə sədrinin fikrincə, Azərbaycan iqtisadiyyatında fəallıq artrırılmalı, ixrac potensialımız gücləndirməli, iş yerlərində ixtisarlar olmamalıdır: “Bu istiqamətdə görülən işlərin davamlılığını təmin etməliyik. Hələlik o qədər də zəruri olmayan investisiya layihələrini bir qədər ixtisara salmalıyıq. Bütövlükdə Azərbaycan iqtisadiyyatının canlanmasına nail olmalıyıq. Sosial mənzillərin tikintisinə başlanılacaq. Bu layihələrin həyata keçirilməsi, şübhəsiz ki, ölkədə iqtisadi fəallığı artıracaq”.(trend)

Short URL: http://www.cumhuriyyet.net/?p=81106

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728