60 faizi problemli olan bank sistemi…
Ölkənin bank sistemində kifayət qədər ciddi problemlər var və onları birdəfəyə həll etmək mümkün deyil.
Bu barədə “Novaya Vremya” qəzetində məlumat verilib.
Məqalədə dolların bahalaşması fonunda problemli kreditlərin taleyi məsələsi müzakirə edilib.
Müəllifə görə, ölkənin bank sistemində kifayət qədər ciddi problemlər var və onları birdəfəyə həll etmək mümkün deyil. Yazıda vurğulanır ki, Mərkəzi Bank, Maliyyə nazriliyi, Palata bu məsələni birgə həll etməlidir:
“Hazırda belə bir koordinasiya müşahidə olunmur, hər kəs öz oyununu oynayır, nəticədə isə durum daha da pisləşir”.
Məqalədə göstərilir ki, belə bir fonda “qara bazar” da əl-qol açarsa bu bütün bank sistemini məhv edə bilər və o zaman ümumiyyətlə bank sisteminin sağlamlaşdırılmaısndan danışmağadəyməz:
“Banklar öz kredit siyasətləri ilə özlərini küncə sıxışdırıblar. Hətta bu məsələdə devalvasiya olmasını da əsas gətirmək olmaz. Problemli kreditlər hələ devalvasiyadan çox əvvəl özünü göstərmişdi. Birinci devalvasiya yalnız dollarla kredit götürənlə zərbə idi. İkinci devalvasiya artıq bütün kredit götürənlərə zərbə oldu”.
Yazı müəllifi qeyd edir ki, indiki halda bank sektorunun özünü belə xilas etmək mümkün deyil: “Bir çıxış yolu qalır: siyasi, iqtisadi və məhkəmə islahatları, qeyri-neft sektorunun inkişafı, inhisardan imtina və korrupsiyaya qarşı mübarizə. Ancaq bu halda manatın məzənnəsini sabitləşdirmək olar”.
Short URL: http://www.cumhuriyyet.net/?p=81194