Ehtiyac üzündən məcburən kredit götürənlər: Bunlara diqqət edin

07.11.2016 - 14:44

263577Bu gün ölkədə problemli kreditlərin kifayət qədər çox olmasına baxmayaraq, kredit götürən vətəndaşlar var. Hər hansı bir problem və təcili maddi ehtiyacı olanlar banklara müraciət edir. Bəs bu vətəndaşlar gələcəkdə xoşəgəlməz halların olmaması və bankla problemin yaranmamsı üçün nə etməlidir?

Məsələ ilə bağlı danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, istənilən şəxs kredit götürəndə onu necə qaytaracağını bilməlidir:

“Qaytarmaq ehtimalı yoxdursa, təbii ki, ona kredit verilməyəcək. Nəzərə almaq lazımdır ki, manatla kredit faizi yüksəkdir. Bu da təbiidir. Mərkəzi Bankın uçot dərəcəsi 15 faizə çatıb. Bu bankların Mərkəzi Bankdan aldığı kreditin faizidir. Banklar manat kreditini 15 faizlə alırsa, deməli daha yüksək faizlə əhaliyə verməlidir. Bu gün sahibkarlara kredit 22-23 faizlə verilir. Adətən sahibkarların faizi istehlakçıların faizindən az olur. Bu isə o deməkdir ki, istehlakçılar krediti ən yaxşı halda 25 faizlə əldə edə bilərlər. Dollar kreditini almaq istehlakçı üçün mümkün deyil. Çünki buna Maliyyə Bazarlarına Nəzarət Palatası məhdudiyyət qoyub. O vətəndaş dollarla kredit ala bilər ki, onun gəliri xarici valyutadadır. Bu səbəbdən vətəndaşların dollarla kredit alması mümkün deyil. Halbuki, xarici valyutada sahibkarlar hələ də kredit alır. Xarici valyutada kredit faizi aşağıdı. Amma bu çox risklidir. Biz bilirik ki, manatın devalvasiyası bitməyib. Xarici valyutada alarkan kreditin bahalaşması riski var”.

Ekspert vurğulayıb ki, vətəndaşlar krediti öz gəlirlərinin və xərclərinin olduğu valyutada almağa çalışmalıdır: 

“Bu da bizim milli valyutamızdır. Faiz dərəcəsinin çox olması pis haldır. Hər bir insana ilk məsləhətim odur ki, kredit götürməsinlər. Qaldı ki, ehtiyac üzündən götürməli olanlar, ilk növbədə başqa yollar axtarsın. Bu gün sosial şəbəkələrdə ehtiyacı olanlar, xəstəliklə və ya ağır durumla bağlı başqa vətəndaşlardan yardım istəyirlər. Kredit götürməkdənsə, belə köməklərdən yararlanmaq daha yaxşıdır”.

Əkrəm Həsənov problemin həlinin əsas yolunu da göstərib: 

“Əlbəttə vətəndaş üçün pul təcilidirsə, onun gözləməyə vaxtı olmur. Belə problemləri dövlət həll etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Vətəndaşların belə təcili və təxirəsalınmaz problemlərini həll etməlidirlər. Təəsüf ki, onlar da işin öhdəsindən gəlmirlər”.(Qaynarinfo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81300

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728