Serbiyada Azərbaycanın pulu ilə yol inşa edildi

07.11.2016 - 15:14

0c8643e0-dcf7-4998-b6bb-cd6a08cf2f21_w987_r1_sNoyabrın 7-si iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə nümayəndə heyəti Serbiyaya səfər edib.

Səfər çərçivəsində nazirin Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcəyi bildirilir. Həmin magistral Azərbaycanla Serbiya hökuməti arasında imzalanmış Kredit Sazişinə əsasən maliyyələşdirilib. Layihənin baş podratçısı «AzVirt MMC» şirkəti olub.

Azərbaycan bir neçə il əvvəl Serbiyada avtomobil yolunun tikintisinə 300 milyon avro məbləğində kredit ayırmışdı. Həmin kreditin üç illik güzəştlə, 4 faizə 15 illiyə verildiyi bildirilirdi.

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə də görüşlər keçirilməlidir. Görüşlərdə Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=81306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728