Manatın taleyi necə olacaq?

08.11.2016 - 14:29

natiq-c%c9%99f%c9%99rliBu gün Mərkəzi Bank Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirib. Hərrac 1 ABŞ dolları üçün 1,6686 məzənnəsi ilə başlayıb və 1,6781 məzənnəsi ilə yekunlaşıb.

“Yeni illə bağlı dollara tələbat artıb”

İqtisadçı Natiq Cəfərli deyib ki, bu son deyil:

“Milli valyuta ilə bağlı vəziyyət daha da gərginləşə bilər. Bu həm daxili, həm də xarici amillərlə bağlı məsələlərdir. Bizdə gedən proseslər əsasən valyuta çatışmazlığı ilə bağlıdır. Valyuta ehtiyatlarımız kifayət etmir ki, bütün tələbatı ödəyə bilək. Görünən odur ki, hərraclarda tələb və təklif arasında ciddi fərq yaranıb. Yəni həmişə tələb təklifi üstələyir. Məsələn, bu gün tələb təklifi 3 dəfə üstələyib. Bunun da səbəbi odur ki, ölkədə valyutaya ciddi tələbat var.

Hazırda ilin sonu ilə əlaqəli olaraq idxal mallarına tələbat artıb. İndidən həmin malların ölkəyə gətirilməsinə başlanılıb. Bu da dollara tələbatı artırıb. Bəzi vətəndaşlarımız yeni ili ən azı yaxın ölkələrdə keçirməyi düşünür və indidən hazırlıqlara başlayıb. Turist səfərləri artdıqca valyutaya tələbat da artıb. Həmişə olduğu kimi bu ilin sonunda da büdcə xərcləmələri yüksək olacaq. Bu da manatın bir hissəsinin valyutaya keçməsinə səbəb olacaq. Digər tərəfdən kommersiya banklarında olan bərbad vəziyyətlə bağlıdır. Bildiyiniz kimi bankların çox böyük xarici borcları var. İlin sonunda banklar borclarının bir hissəsinin ödəmək məcburiyyətində qalacaqlar”.

“FED uçot dərəcəsini qaldıracaq”

Ekspertin sözlərinə görə, Federal Ehtiyatlar Sistemi ( FED) dekabr ayında uçot dərəcələrini qaldıracaq:

“Mili valyutaya təsir edən digər amil xarici təsirlərlə bağlıdır. Bu da birbaşa neftin qiymətlərinə əsaslanır. Neftin qiymətində son 1 həftədə təqribən 12 faiz enmə müşahidə olunur. Dolların dünyada bahalaşması gözlənilir. Proses astadan da olsa start götürüb. Dekabr ayının ortasında faiz artımının olacağı kəsinləşib. Çox böyük- 99 faiz ehtimalla bu baş verəcək. Bütün bunlar manata olan təzyiqləri artırır”.

1 dollar = 1, 95 manat…

N.Cəfərli manatın taleyi ilə bağlı proqnoz da verib:

“Prosesin harada dayanacağı ilə bağlı proqnoz vermək çox çətindir. Ən qısa vədəli proqnozu ilin sonu üçün vermək mümkündür. İlin sonu, növbəti ilin əvvəlinə rəsmi məzənnə 1dollar 1.95 manat səviyyəsinə qədər bahalaşacaq. Amma sonradan nə baş verəcək, harada dayanacaq, bu, bir çox proseslərdən asılı olacaq. Bu həm ölkədaxili, həm də ölkəxarici amillərlə bağlıdır”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728