Problemli kreditlərin həcmi kəskin artıb

10.11.2016 - 10:50

Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata manat_qazancçatıb.

Bu haqda şərh verən iqtisadçı Vüqar Bayramov bildirib ki, 2016-cı il başlayanda bu göstərici 1 milyard 314 milyon manat olub:

“Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır. Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir.

Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi.

Mərkəzi Bank kompensasiya vermədi, amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır.

Monitorinqlər göstərir ki, problemli kreditlər “ümüdsiz kreditlər” kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə “maliyyə intizamını” qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu “intizamı” pozmuş oldu”.(Modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=81542

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728