Hansı bankdan nə qədər dollar almaq olar?

Vatandas döviz levhasinin önünde ABD Dolari sayiyor (29.07.2004/Mehmet Demirci)
Noyabr ayının 10-na ölkədə dollar satışı həyata keçirən bankların sayı 21-ə enib.
İranMilli Bankının Bakı filialı, “Bank Respublika” və “Bank of Baku” bu gün valyuta satışını dayandırıb.
“Bank Avrasiya” isə valyuta satışında limit tətbiq etməyə başlayıb. Bu bankdan 200 dollar məbləğində dollar almaq mümkündür.
Dünən isə “Bank Silk Vey” və “Atabank” ABŞ valyutasını limitlə satmağa başlayıb. Bu banklarda maxsimum 500 dollar məbləğində valyuta ala bilərsiz.
“Turanbank” isə dünəndən dolların satışına tətbiq etdiyi limiti 10 dəfə artırıb. Bank 10 000 dollar civarında valyuta satmağa qərar verib. Avro da elə həmin məbləğdə satılır.(fins.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=81643