Valyuta bazarı dəfələrlə kiçilib

14.11.2016 - 10:58

a7e5e199-4ea1-4747-a435-dd633fd3b059_w987_r1_sAzərbaycanda 2016-cı ilin 9 ayında valyuta bazarının həcmi ötən ilin eyni dövrünə nisbətən kəskin azalıb.

Mərkəzi Bankın (MB-nin) Pul siyasəti icmalında deyilir ki, bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2.8 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.7 dəfə kiçilib.

Dövr ərzində valyuta bazarında əməliyyatların 85 faizi ABŞ dollarında, 15 faizi də digər valyutalarda aparılıb.

İcmalda qeyd edilir ki, 2016-cı ilin yanvar-sentyabr aylarında bankların satdığı xalis (yəni, alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azalıb. Bu rəqəm 281 milyon ABŞ dollarına düşüb. Avro ilə əməliyyatlar isə 3.3 dəfə azalaraq 193 milyon avro təşkil edib.

Sənəddə bildirilir ki, 9 ayda valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub.

9 AYDA NEFT FONDU 4 MİLYARD DOLLAR SATIB

«Mal və xidmət idxalının azalması, habelə ötən illə müqayisədə dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə təsir göstərib. 2016-cı ilin ötən dövründə MB elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib. MB valyuta bazarında iştirakı minimuma endirib. Dövlət Neft Fondunun (DNF) valyuta satışları da MB-də təşkil olunan hərraclar çərçivəsində həyata keçirilib. İlin 9 ayında DNF-nin xarici valyuta satışları 4 milyard ABŞ dolları təşkil edib», – deyə sənəddə bildirilir.

Bu ilin 9 ayında MB-də 88 valyuta hərracı keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=81778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930