Dollar illik maksimumu yeniləyib

15.11.2016 - 10:40

1459347948_dollaravro2Dolların indeksi möhkəmlənməkdə davam edir.

ABŞ milli valyutası altı əsas rəqib valyutanın yer aldığı səbətə qarşı 1%-dən çox bahalaşaraq 100,22 səviyyəsinədək yüksəlib. Bazar iştirakçıları dolların möhkəmlənməsini ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçkiöncəsi verdiyi vədlərlə (vergi yükünün azaldılması və investisiya xərclərinin artırılması) izah edir.

Beləliklə, dolların indeksi ötən ilin noyabr ayından etibarən ən yüksək səviyyədədir.

Avro/dollar cütlüyü 2015-ci ilin dekabr ayından etibarən ən aşağı səviyyəyə, yəni 1,0720-dək geriləyib.

Çin yuanı isə 8 illik minimumu yeniləyərək 6,8412 səviyyəsində qərarlaşıb.

İnkişaf etməkdə olan ölkələrin valyutalarına nəzər salanda məlum olur ki, Meksika pesosu, Türkiyə lirəsi və Rusiya rublu dollar qarşısında ən çox dəyər itirən valyutalardır.

Dollar/lirə cütlüyü 1% möhkəmlənərək 2,2840 səviyyəsində qərarlaşdığı vaxtda, dollar/rubl cütlüyü 0,8% bahalaşaraq 62,2788 səviyyəsinə çatıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=81880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31