Pul köçürmələri daha da azalacaq

16.11.2016 - 11:11

39f577ef-813b-4f7d-a340-361de2a86f33_cx18_cy28_cw82_w987_r1_s_r1Son iki ildə Azərbaycana pul köçürmələri azalıb və bu sahədə durumun yaxşılaşacağına ümid etməyə dəyməz.

Bunu iqtisadçı-ekspert Oqtay Haqverdiyev  “Exo” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, son iki ildə Azərbaycana pul köçürmələri azalıb:

“Bu sahədə durumun yaxşılaşacağına ümid etməyə dəyməz. Ölkəyə pul köçürmələri ilbəil azalacaq. Təbii ki, bununla birgə Azərbaycandan gedən əməkçi miqrantların sayı da azalacaq”.

Ekspert qeyd edir ki, Azərbaycanda işsiz insanlar çörək pulundan ötrü daha çox Rusiyaya gedir. Rusiyada dollar rubla nisbətən də möhkəmləndiyindən bu orada çalışan azərbaycanlıların dolanışığına da təsir edəcək.

O.Haqverdiyev qeyd edir ki, bu ilin 9 ayında Azərbaycana 586 milyon dollar pul köçürülüb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azalma deməkdir. Ekspertə görə, elə bu durumun özü tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin nə yerdə olduğunun göstərir.

O, Haqverdiyev deyir ki, bu ilin 3-cü rübündə ölkəyə cəmi 163 milyon dollar pul köçürülüb. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azalma deməkdir.

Ekspertlərdən Nəriman Ağayev də bunu Rusiyada iqtisadi vəziyyətin ağırlaşması ilə izah edib: “Hazırda Azərbaycan pul göndərilməsi 50 faiz azalıb. Üstəlik, artıq əməkçi miqrantlar da ölkəyə qayıdırlar”.

İqtisadçıların fikrincə əmək miqrantların geri dönməsi Azərbaycan əhalisinin dolanışığına da pis təsir göstərəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=81965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31