Hava və su kimi kreditlər…

16.11.2016 - 11:41

79291d05-bfc1-4dd6-bbea-15cb2413c1ca-originalAzərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan bu layihə üzrə öhdəliklərin yerinə yetirilməsindən ötrü ölkəyə böyük vəsaitlər lazımdır.

bu barədə “Novaya Vremya” qəzetində dərc olunan məqalədə yazılıb.

“Asiya İnkişaf Bankı qiymətlərin arxasında durmayacaq” sərlövhəli məqalədə Azərbaycanın da iştirakçısı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin gələcək taleyi haqqında təxminlərə yer verilir.

Müəllif yazır ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan bu layihə üzrə öhdəliklərin yerinə yetirilməsindən ötrü ölkəyə böyük vəsaitlər lazımdır. Bu məqsədlə də Azərbaycan hökuməti layihəyə investisiya cəlb etmək niyyətindədir.

Yazıda vurğulanır ki, bu ilin sonuna kimi Asiya İnkişaf Bankından bir milyard dollar alınması nəzərdə tutulur.

Müəllif yazır ki, bütünlükdə layihənin tam gerçəkləşməsindən ötrü 45 milyard dollara ehtiyac var: “Amma bu 1 milyard indi hava və su kimi vacibdir. Əvvəlki illərlə müqayisədə indi maliyyə imkanları çox azdır. Layihəni isə dayandırmaq olmaz, ilbəil xərclər artır. Haradansa pul götürmək mümkün deyil, qaz kəmərindən isə tezliklə gəlir olmayacaq”.

Müəllifə görə, qazın qiymətinin enməsi də bu layihədən gözləntiləri bir xeyli azaldır.

Müəllifə görə, ölkədə uğura nail olmaqdan ötrü yalnız beynəlxalq kreditlərə ümid bəsləmək olmaz. Ölkədə iqtisadi və siyasi islahatların həyata keçirilməsindən ötrü siyasi iradəyə ehtiyac var.

Short URL: http://www.cumhuriyyet.net/?p=81967

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31