Azərbaycanda dollar qıtlığı yaranıb

16.11.2016 - 14:19

1459347948_dollaravro2Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb.

Banklarında apardığımız müşahidələr göstərir ki, bu gün, noyabrın 16-da “Bank of Baku” və “Muğanbank” kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. “Accessbank”da satış limiti 200 dollar, “ASB” və “BTB”-də 100 dollar məbləğində müəyyənləşdirilib. “Amrahbank” isə dolların alışı olduğu təqdirdə satışın da həyata keçirildiyini bildirir.

Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində “qara bazar”da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7715 AZN/USD ola bilər.

Dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesinin sürətləndiyi bildirilir: “Nəticədə, dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb. Bura, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Çin və Rusiyanın da valyutaları aiddir. Son günlərdə ən çox devalvasiyaya uğrayan isə Türkiyə lirəsi olub. Belə ki, son bir ayda lirə dollarla müqayisədə 8% ucuzlaşıb. Çin yuanı eyni dövrdə 2,2%, rubl isə 4% dəyərdən düşüb”.

Analitik qrup mövcud durumun manatın məzənnəsinə təzyiqləri artıracağını, ilin sonuna qədər ən yaxşı halda Azərbaycanda dolların məzənnəsinin 1,90 AZN/USD-yə çatacağını, “qara bazar”da isə 2,00 AZN/USD-ni üstələyəcəyini proqnozlaşdırır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=82006

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31