Azərbaycanda yaşayış minimumu 155 manat olur

17.11.2016 - 16:20

manat_qazanc2017-ci ildə Azərbaycanda yaşayış minimumunun dəqiq rəqəmi açıqlanıb. Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il Azərbaycanda yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.

2017-ci ildə Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə, yəni 105 manatda saxlanılması təklif olunur. Bu da “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində nəzərdə tutulub.

2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14% və yaxud 19 manat artırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=82149

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31