Deputatdan devalvasiya – ANONSU

18.11.2016 - 10:37

vahid-ehmedovÖtən il milli valyutamızı qorumaq üçün 11 mlrd. vəsait xərcləmişik. Təbii ki, bu da düzgün yol deyildi. Çünki, biz bu yolla devalvasiyanın qarşısını ala bilmədik.

Bunu Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.

“Biz o vaxt da təklif etmişdik ki, manatın tədricən devalvasiyası baş versin. Manat onsuz da gec-tez, tələb-təklif amillərinə görə öz yerini alacaq. Onun hansı səviyyədə olacağını gələcək göstərəcək. Düşünürəm ki, Mərkəzi bank hal-hazırda düzgün siyasət aparır”, – dey V.Əhmədov bildirib.

Neftin qiymətinə toxunan millət vəkili bildirib ki, o, qiymətin birjalardan asılı olması barədə fikirlərlə razılaşmır: “Son hadisələr göstərdi ki, neftin qiyməti müəyyən kabinetlərdən asılıdır”.

V.Əhmədov ölkədə sahibkarlığın inkişafı və rayonlara dotasiya verilməsi məsələsindən də danışıb. “Orta və kiçik sahibkarlığın inkişafında geri qalırıq. 2017-ci ilin büdcəsində 33 rayona dotasiya vermirik. Prezident tapşırıq verib ki, bir çox rayon özü-özünü dolandırmalıdır”, – deyə V.Əhmədov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=82182

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31