Sosial mənzillərin sahəsi məlum oldu – ÖLÇÜLƏR
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq.
Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib. Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: «Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq» – deyə direktor bildirib.
S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: «amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq».
Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir onların ölçüləri də münasibdir.
Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: «Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək».(Fins.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=82260