Bankların müflis olmasında günahkar kimdir?
Ölkənin bank sektorundakı böhran bəzi suallar doğurur. Bunlardan ən mühümü isə kimin məsuliyyət daşımasıdır.
Bu barədə “Exo” qəzetində dərc olunan məqalədə yazılıb.
Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib: «Bank sahibləri əksər halda özlərinə bağlı olan hansısa şəxslərə və müəssisələrə kredit verirlər. Kreditlər isə yetərli dərəcədə girovla təmin olunmur. Nəticədə belə bankların əmanətçiləri üçün qibtə olunmayacaq situasiya yaranır. Çünki kredit vəsaitləri sadə əhalinin pullarıdır».
Ekspert bildirir ki, belə kreditlər, ən aşağı, 3 faizlə verilib. Qalan vətəndaşlara isə 30 faizə təklif edilib.
Ə.Həsənov bildirir ki, belə situasiya ölkədə manatın ikinci devalvasiyasına qədər davam edib. Ekspert hesab edir ki, bu vəziyyətin yaranmasına görə ilk növbədə Mərkəzi Bank məsuliyyət daşıyır.
Ə. Həsənov deyir ki, indi banklar ödənilməmiş kreditlərə görə müştəriləri məhkəməyə verir. Amma irihəcmli kreditlər verdikləri şirkətləri məhkəmələrə çəkmirlər.
Ə.Həsənovun deməsinə görə, bu şirkətlər birbaşa bank sahiblərinə bağlıdırlar: «Belə situasiya banklar üçün əlverişlidir. Çünki faktiki onların ödəməli olduqları əmanətləri artıq müflisləşmə həddində olan Sığorta Fondu ödəyir».
Ə.Həsənov hesab edir ki, Azərbaycanda bankların müflisləşməsində onların idarəçiləri də az rol oynamayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=82632