Azərbaycanda böhran dərinləşir

23.11.2016 - 12:41

maxresdefaultAzərbaycanda iqtisadiyyat kiçilir və bu, böhranın nəticəsidir.

“Novoye Vremya” qəzeti Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer-ə istinadən qarşıdakı 3 ildə Azərbaycan iqtisadiyyatının böyüməyəcəyini qeyd edib.

Müəllif bildirir ki, bank təmsilçisi böhrandan çıxış kimi maliyyə sektorunda sabitləşdirməni tövsiyə edib.

Yazıda vurğulanır ki, Azərbaycanda bütün iqtisadi problemlərin əsası neftin qiymətinin düşməsi, gəlirlərinin azalmasıdır. Müəllifə görə, hökumət Maliyyə Sabitliyi Şurası yaratsa da, iki ay ərzində bu qurum heç nəyə nail ola bilməyib.

Yazıda qeyd edilir ki, neft sektoruna bağlı olmayan sahələrdə də inkişaf yoxdur. Rəsmi etirafa görə, inflyasiya 12 faiz təşkil edir.

Özəl müəssisələrin və vətəndaşların da gəlirləri kəskin azalıb. Üstəlik, problemli kreditlərin həcimi artıb.

Müəllifin fikrincə, indiki ağır iqtisadi durumun yaranmasına səbəb həm də ölkəyə gələn neft pullarından uzun müddət səmərəli istifadə edilməməsidir: «Pullar xərclənib, iqtisadiyyat yox, sonrakı dövrün necə təmin edilməsi hələ bilinmir».

Müəllif qeyd edir ki, böhran hökuməti gerçək islahatlara sövq edə bilərdi. Ancaq bu görünmür…

Short URL: http://www.cumhuriyyet.net/?p=82750

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31